​"Xalq Cümhuriyyətinə aid cizgi romanları hazırlayırıq”- Nəşriyyatdan vacib addım

 
 
 
 
Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə sayılı aylar qalıb. Dövlət səviyyəsində keçiriləcək yubileyə qurumlarla yanaşı, araşdırmaçılar, tarixçilər, media və nəşriyyatlar, həmçinin, yaradıcı təşkilatlar da öz töhfələrini vermək istəyindədirlər.
 
“Hədəf” Nəşrlər Evi bu əsnada çox vacib bir addım atıb. Nəşlər Evinin  direktoru Şəmil Sadıq Moderator.az saytına açıqlamasında Cümhuriyyətin 100 illiyinə verəcəyi töhfədən danışıb:
 
““Hədəf” Nəşrləri olaraq, əlbəttə, bizim də töhfəmiz olacaq. Bu sıradan, Əhməd Cavadın xatirələr kitabı olmaqla Cümhuriyyət qurucularından bir neçə haqqında xatirələr kitabı planımızda var. Bundan başqa məktəblilər üçün Cümhuriyyətlə bağlı cizgi romanı hazırlayırıq. Cizgi romanı iki formada olacaq; biri 10 kitab olacaq ki, Cümhuriyyətin 10 nümayəndəsinin həyat və fəaliyyətini özündə ifadə edəcək, onların həmin prosesdə gördükləri işlər öz əksini tapacaq. Layihənin adı “Böyük adam olmuş uşaqlardır”. Digəri isə Cümhuriyyətin qruluma prosesini ifadə edən bir cizgi romanıdır”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...