Xalq artisti: “Mənim nə adıma, nə yaşıma yaraşdı”

Xalq artisti Firəngiz Mütəllimova sənət adamlarının  cəbhə bölgəsinə üz tutmasını tənqid edənlərə də cavab verib.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran xalq artisti əsgərləri ziyarət edən sənətçiləri alqışladığını bildirib:  “Həyat budur, bir üzümüz güləndə digəri ağlayır. Şəhidlər hamımızın doğmasıdır, övladlarıdır. Mənim bayrağım mənim canımdır.  Aprelin 3-ü doğum günümdür. Eyvana çıxıb əlimi göyə qaldırıb dedim: “Allah,  qurban olum sənə, Şuşa alınsın, mayın 8-i gedib kənardan baxım”.  Mən sosial şəbəkədə şəhidlərimizin fotolarını paylaşdım, daha sonra sildim. Istəmədim ki, erməni saytları oradan götürsün. Bayrağımızın, prezidentimizin fotolarını paylaşdım. Hər zaman cəbhəyə əsgərlərə dayaq olmaq üçün sənət adamları gedib. Müğənnilərin verdiyi konsertdə əsgərlər oynayır. Kim bilir o əsgərin 2 saat sonra sağ olacağını? Mən sənət adamlarını alqışlayıram. Sadəcə sirr olan məkanları paylaşmaq olmaz”.
Xalq artisti artıq şəxsi həyatından bir daha danışmayacağını da qeyd edib: “Səhv edib şəxsi həyatımdan danışmışam. Xəbərlərə qoyulan başlıqlar mənim adıma və yaşıma yaraşmadı. Şəxsi həyatımda yenilik olsa, sosial şəbəkədə paylaşacam”.
F. Mütəllimova vurğulayıb ki, cəbhədə baş verən gərginliyə görə rol aldığı serialın yayımı dayandırılıb: “Serial çəkilişləri davam etsə də, cəbhədə baş verən gərginliyə görə iki həftədir yayımını dayandırmışıq. Serialımız sırf komediyadır, insanların ağladığı vaxtda ekran işini efirə vermək doğru deyil. Həmişə deyirlər ki, ən çox gülənin dərdi olur. Həkim, müəllim işini davam etdirdiyi kimi biz də işimizə davam edirik. Ən böyük arzum tarixi filmdə qarabağlı xanımı canlandırmaq istəyirəm”.