Xalq artisti İlham Əsgərovun vəfatından bir il ötür

 
Sentyabrın 6-da Azərbaycanın xalq artisti İlham Əsgərovun vəfatının bir ili tamam olur. Mərhum aktyorun "il" mərasimi sentyabrın 5-də keçiriləcək.
 
Bu barədə Report-a İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova məlumat verib.
 
"Sentyabrın 5-də ailə üzvlərimiz, qohumlar, İlhamın dostları Masallının Xoşçobanlı kəndinə yığışacaq. Əvvəlcə İlhamın məzarını ziyarət edəcəyik. Daha sonra hüzr mərasimi olacaq. Ailəsi olaraq, İlhamın məzarını tez-tez ziyarət edirik. Bir il tamam olur. Onun yoxluğuna hələ də inanmırıq", - Y.Əsgərova əlavə edib.
 
Xatırladaq ki, xalq artisti İlham Əsgərov 2015-ci il sentyabrın 6-da vəfat edib.