Xaçmazın şefi hər səhər rayonu niyə gəzir? - İlginc iddialar

 
Şəmsəddin Xanbabayevin fəaliyyəti yalnız ərazilərin satılmasında nəzərə çarpır
 
Bu barədə bir qrup xaçmazlı Politika.Az-a rayonun icra hakimi barəsində yazıb.
 
Onların sözlərinə görə, Ş.Xanbabayevi rayonun hansısa yerində gəzərkən görənlər bilir ki həmin gün o yerin sərəncamı hazırdır.
 
Xaçmazlılar vərdiş ediblər ki, başçının rayonun bir nöqtəsində gördülərsə ertəsi gün orada tikinti işi başlanmalıdır.
 
Xaçmazı qarış-qarış satışa çıxarmış rayon rəhbəri mərkəzdə satmağa yer qoymayıb. Sakinlər danışırlar ki, çox çəkməz səkilər, darvazaların ağzı da satışa çıxarılar.
 
İndi Xaçmazda hər addımbaşı iaşə obyekti görmək olar. Vaxtilə həmin ərazilər genişlik idi. Xanbabayev isə şəhərin o yerlərini peşkəş edib. Camaatın gözü öyrəşib ki, icra başçısı satsın və qazansın.
 
Üstəlik, yer almaq elə də çətin iş deyil. İstənilən xaçmazlı ticarət obyekti tikmək istəyirsə başçı ilə görüşə bilir.
 
Politika.Az-a bildirilib ki, icra başçısı hər gün şəhəri gəzir və axtarışa çıxır. Ancaq bu axtarış heç də problemləri aşkarlamaq deyil, satmağa yerləri təsbit etməkdir.
 
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı 12 ildir ki, Şəmsəddin Xanbabayevdir. Bu günlərdə isə Xanbabayevin xidməti avtomobilinin qayda pozuntusuna yol verdiyi barədə videokadrlar yayılıb.
 
Videokadrları təqdim edən vətəndaş bildirib ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib.
 
"Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksət sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb”.

Загрузка...
Загрузка...