“WikiLeaks”dən ŞOK SƏNƏDLƏR: “ABŞ bu ölkəni...”

 
“WikiLeaks” ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədini dərc edib.
Publika.az xəbər verir ki, sənədlər Vaşinqtonun vətəndaş müharibəsinə kimi Yəmən ordusunu silahlandırdığını və təlim keçdiyini göstərir.
Həmçinin, sənədlər müxtəlif silahların – hərbi təyyarələr, gəmilər, hərbi nəqliyyat vasitələri və Amerika biometrik sistemlərininin Yəmənə göndərilməsini göstərir.
Sənədlər 2009-cu ildən 2015-ci ilin martında münaqişənin başlanmasına qədər olan dövrü əhatə edir. “WikiLeaks” qeyd edir ki, Yəməndə Amerika səfirliyi 2015-ci ilin fevralında – müharibənin başlanmasından bir ay əvvəl bağlanıb.
Qeyd edək ki, İranın dəstəklədiyi şiə husilər paytaxt Sananı ələ keçirib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası husilərə qarşı əməliyyatlar keçirir.