"WhatsApp" populyar yazışma mobil mesenceri məlumatların kodlaşdırılmasının yeni sistemini tətbiq edib.

"Report"un xəbər verdiyi kimi, dəyişikliklə əlaqədar istifadəçilərə xəbərdarlıq mesajı göndərilib.
Məlumatda deyilir ki, artıq istifadəçilərin məlumatları və zəngləri tətbiq vasitəsi ilə üçüncü tərəf üçün əlçatmaz olacaq. Kodlaşdırmanın həqiqiliyinin yoxlanılması üçün istifadəçilərə yeni kodlaşdırma sistemini QR kodu ilə yoxlamaq təklif edilir.
Qeyd edilir ki, istifadəçilərin məlumatlarının mühafizə sisteminin yaxşılaşdırılması üçün tətbiq daim təkmilləşdirilir.