Vəziyyət yenidən gərginləşdi: ermənilər məktəbi və yaşayış evini atəşə tutdu

Cəbhədə vəziyyət yenidən gərginləşib. Belə ki, atəşkəs yenidən pozulub.
Bunu Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, hazırda üç istiqamətdə - Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir.
"Hazırda rayon polis rəsi, DTX Ağdam şöbəsinin rəisi və rayon prokuroru ilə həmin iki kənd sakinləri ilə görüşdəyik". Bunu isə sayta açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.
Qeyd edək ki, bi qədər öncə rayon icra başçısı qarşı tərəfin atəşkəs mövqeyini pozması barədə sayta xəbər verib: “Bir saat qabaq qarşı tərəf yenə təxribatlarını davam etdirərək ağır artilleriyalardan mövqelərimizi atəşə tutub. Rayonun Sarıcalı kəndində düşən mərmi orta məktəbin bir tərəfini dağıtdı. Həmin kənddə mərmi bir evi də dağıdıb. Başqa bir ev isə rayonun Hacuturalı kəndində dağılıb. Xəsarət alan yoxdur”.
Atəşkəsin pozulduğunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədv da təsdiqləyib.