Vyana hava limanında Türkiyəyə qarşı təxribat

 
 
Avstriyanın paytaxtı Vyanada hava limanına gedənlər "Türkiyə tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey deyil" yazısı ilə qarşılaşır.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa ölkələrində demokratiyanı müdafiə edərək çevriliş əleyhinə çıxan türklərə qarşı təzyiqlər artır.
 
Avstriyada türklərin evlərinə və balkonlarına Türkiyə bayrağı asması qadağan edilib. Bunun ardından isə nöbəti təxribata əl atılıb. Belə ki, Vyana Hava Limanında “Türkiyə tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey deyil” yazısı yerləşdirirlib. Turizm mövsümündə Vyana hava limanında Türkiyəni pisləyən belə bir yazının yerləşdirilməsi Türkiyə mətbuatında qınaq obyektinə çevrilib.