Vyana görüşündə əldə olunan razılıqlar – Minsk Qrupu

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını bildiriblər.
 Axar.az xəbər verir ki, bu sözlər ATƏT-in Minsk Qrupunun prezidentlərin Vyanadakı görüşündən sonra yaydığı bəyanatda əksini tapıb.
 “Tərəflər aqressiyanı azaltmaq üçün qısa müddətdə ATƏT-in istintaq mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılaşıb”, - bəyanatda bildirilib.
 Azərbaycan və Ermənistan rəhbərliyi həmçinin iyunda növbəti danışıqların yerini və vaxtını müəyyənləşdirmək barədə razılığa gəlib.
 Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında Vyanada görüş baş tutub.