Vüqar Qaradağlının milyonluq mülkləri - Siyahı

Baxış sayı: 
435
0  
0  

 
    
 
ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının sahib olduğu varidatının siyahısı üzə çıxıb.
 
Turaninfo.org həmin siyahını Ölkə.az-a istinadən təqdim edir:
 
Villalar və evlər:
 
- Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa
 
- Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. “Neo MMC”dən 4 otaqlı mənzil
 
- Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28
 
- Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil
 
- Quba rayonunda üçmərtəbəli villa
 
- Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər “ATV-nin villaları” adıyla tanıyır)
 
- Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.
 
- Türkiyədə, Quş adası istirahət bölgəsində ev
 
- Bodrumda mənzil
 
- Antalyada ikiotaqlı mənzil
 
- İstanbulda “Molos İstanbul” adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.
 
- Bayraq Meydanının yaxınlığında “Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik)
 
Avtomobillər:
 
- Ən son model 2 ədəd “Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, “Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.
 
- İki ədəd son model “Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.
 
- Bir ədəd “Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.
 
- Mercedes S Class
 
Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə “Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan “Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.
 
 
 
Cebhe.info

Загрузка...
Загрузка...