​Vüqar Muradov jurnalisti təhqir etdi: - "Sən tanıdığım ən namussuz, ən şərəfsiz..."

 
 
 
“Yeni ulduz 6” müsabiqəsinin qalibi kimi tanınan gənc müğənni Vüqar Muradov bu gün Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə yaşanmış insidentə münasibət bildirərkən müğənni Nazim Pişyarinin tərəfini tutaraq jurnalist Tahirə Məmmədqızını təhqir edib.
 
Moderator.az xəbər verir ki, V.Muradov jurnalist Tahirə Məmmədqızına sərt ifadələr ünvanlayıb:
 
“Tahirə, sən bir gün kiminsə əlində öləcəksən. Adamı sənin təriflədiyin həkim pis günə qoyub, sən hələ abırsız-abırsız o həkimin tərəfini tutursan. Yadına gəlir, mənim Moskva söhbətimi də sən yazmışdın, “Vüqarı meşədə soyundurub döyüblər, sonra da...” Sənə zəng elədim, dedin xəbər maraqlı olsun deyə yazmışam. Sən çox insanlarda mənə qarşı pis fikir yaratdın. Neçə illərdir sənin şərəfsizliyinə görə mən əsəb keçirirəm. Kişi döyər də, döyülər də, sən mənim binamuslar tərəfindən döyülməyimi öz reytinqin üçün “soyundurub döyüblər” yazdın. Sənə o vaxt da dedim ki, balandan ən pis günləri görəsən. Görəcəksən də, narahat olma. Sən tanıdığım ən namussuz, ən şərəfsiz jurnalistciksən. İndi də Nazimə o əsəbi yaşatdın”.
 
 
 
 
Qeyd edək ki, Elgiz Əkbərin aparıcılıq etdiyi verilişin bugünkü buraxılışının  qonağı olan müğənni Nazim və jurnalist Tahirə arasında mübahisə düşüb. Nazim onu əməliyyat edən həkimi ittiham edib. Ancaq jurnalist Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nəticədə Nazim əsəbləşərək jurnalistə bu sözləri ünvanlayıb: "Jurnalistsən get öz media qurumunda yaz, burada nə işin var?! Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat oldum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda başa düşərsən".
 
Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb.
 
 
Uğur

Загрузка...
Загрузка...