​Vladimir Putin: “Ərdoğana minnətdarıq”

 
 
Vladimir Putin: “Ərdoğana minnətdarıq”
Rusiya Federasiyasında səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım ölkə başçısı Vladimir Putinlə görüşüb.
 
XİA.az xəbər verir ki, B. Yıldırımı Kreml Sarayında qəbul edən Rusiya prezidenti Vladimir Putinin görüşü 1 saat 15 dəqiqə sürüb. Görüş jurnalistlər üçün qapalı keçirilib.
 
Verilən məlumatlara görə, görüş zamanı V.Putin ilə B. Yıldırım iki ölkənin gələcək əlaqələrindən danışıb. Ötən il gərginləşən münasibətlərin bu ilə qaydasına düşdüyü qeyd olunub. İki ölıkənin əsasən enerji və iqtisadi sahədə tərəfdaşlığı müzakirə olunub. Yaradılacaq investisiya fondu barədə müzairələr aparılıb.
 
Görüş zamanı V.Putin türkiyəli həmkarı Ərdoğajna ismarıc da göndərib.
 
“Ərdoğan rəhbərlik etdiyi dövrdə Türk xalqları üçün çox önəmli olan qərarlar verib. Onun dövründə Türkiyə ilə Rusiya arasında münasibətlər xoş müstəvidə davam edib. Buna görə də, Ərdoğana minnətdarıq”, -deyə V.Putin bildirib.

Загрузка...
Загрузка...