Vəkil baş prokurorun İntiqam Əliyevlə bağlı kassasiya protestinə aydınlıq gətirib

Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin vəkili Cavad Cavadov müdafiə etdiyi şəxsin barəsində baş prokuror tərəfindən verilən kassasiya protesti ilə bağlı məsələyə aydınlıq gətirib.
C.Cavadov açıqlamasında bildirib ki, bəzi KİV-lərdə məsələ ilə bağlı yanlışlığa yol verilib: "Zakir Qaralov İntiqam Əliyevin barəsində olan Ali Məhkəmənin qərarından əlavə kassasiya protesti verib. Protestin sürəti bizə göndərilib. Orada cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Biz baş prokurorun bu müraciətini müsbət addım kimi qiymətləndiririk ".
 Vəkil protest əsasında məhkəmə iclasının martın 28-də keçiriləcəyini və iclasda İntiqam Əliyevin iştirakının gözlənilmədiyini deyib.