Vitse-prezidentlik qapıları nazirin üzünə bağlandı - ÖZƏL

 
 
Maliyyə naziri Samir Şərifovun üzünə vitse-prezidentlik qapıları bağlanır
 
Politika.Az-a daxil olan məlumatda bildirilir ki, baş nazirlik iddiasında olmuş S.Şərifovun ümidləri artıq suya düşüb.
 
Nazir konstitusiyada dəyişikliklər ediləcəyi halda vitse-prezidentliyə tamah salıb. Lakin onun elə ilk mərhələdə şansları sıfıra enib. Mənbənin qeydlərinə görə, S.Şərifovun son aylarda adı müxtəlif qalmaqallarda hallanıb.
 
Onun üç ölkənin agenti olması haqda ittihamların mətbuatda tirajlanması, ardınca həbsədki bankir Cahangir Hacıyevlə qarşıdurması nazirin karyera yüksəlişinə əngəl törədib.
 
Hakimiyyət daxilindəki rəqibləri tərəfindən də sıxışdırılan maliyyə naziri C.Hacıyevlə döyüşdə təklənib. C.Hacıyev həbsdən bəyanatlar verir, yaxınları ittiham dolu açıqlamalarla çıxış edir və bütün tənqidlər maliyyə nazirinə yönəlir. Ancaq bu toqquşmada S.Şərifov C.Hacıyevlə təkbətək saxlanıb.
 
Bu arada Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Maliyyə Nazirliyini və bankın hazırkı rəhbərliyini məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edib.
 
Ə.Hacıyeva bildirib ki, ABB 2015-ci ilin iyul ayında onların ailəsinə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirsələr də, onlara heç bir pul ödənməyib. Qaynağımızın sözlərinə görə, bu və ya digər ittihamların nazirə yönəlik olması onun vitse-prezidentlik yolunda ciddi hasar olub.
 
Politika.Az araşdırıb ki, S.Şərifov baş nazir postuna iddialı olduğu dönəmdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təpkisi ilə üzləşib. Maliyyə naziri barəsində FHN şefinə yaxın mətbuatda da ara piar kampaniyası aparılıb.
 
Ölkə rəhbərliyinin gözündən salınan S.Şərifov üçün ön böyk zərbə üç ölkənin agent olması haqda ittihamların nəinki yazılı mətbuatda, hətta efirdə göstərilməi olub.
ANS-in xəbərlər proqramında bu haqda süjet hazırlanıb və maliyyə naziri üçün Artur Rasizadənin kreslosu birdəfəlik unudulmuş ambisiya olub.
 
Lakin referendum qərarından sonra hərəkətlənən bir çox nazirlər arasında S.Şərifov da olub. Nazir ümid edib ki, şansını sınamaq olar. Amma gələn bilgilər onu deməyə əsas verir ki, ötən dəfədən fərqli olaraq bu mərhələdə daha tez sıradan çıxarılıb.