Vilya: “Yeganə favorit İspaniyadır”

İspaniya millisi tarixinin ən yaxşı bombardiri David Vilya hesab edir ki, onun komandası “Avro-2016”nın qalibi olacaq.
Qol.az-ın xəbərinə görə, “Football Espana”ya müsahibəsində o bildirib:
“İspaniya son Avropa çempionudur. Biz favoritik, ya yox, əsas odur turnirin başlanğıcında bütün komandaların eyni xalı olacaq. Amma əgər “Avro-2016”nın bir favoriti varsa, o da İspaniyadır”.
Xatırladaq ki, İspaniya “Avro-2016”nın D qrupunda Türkiyə, Xorvatiya və Çexiya ilə mübarizə aparacaq.