​Vəhhabilər namaz qılan azərbaycanlılara hücum etdi - Video

 
Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.
 
Lent.az-ın məlumatına görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhhabi təriqətinə aid şəxslər hücum edib.
 
Onlar qapıları sındıraraq məscidə daxil olub, namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.
 
Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.
 
Bundan sonra hadisə yerinə 50-dək xüsusi təyinatlı polis dəstəsi gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.
 
Hazırda məsciddə gərginlik davam edir. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.