"Veysəloğlu" şirkəti bazarda süni bahalaşma və qıtlıq yaradır - Ölkəyə və Prezidentə xəyanət

 
Dolların qalxması ölkədə ciddi şəkildə qiymət artımına gətirib çıxara bilər
 
Bundan istifadə edən bəzi idxalçı şirkətlər isə süni şəkildə qiymət artımına gedirlər.
 
Daxil olan məlumata görə "Veysəloğlu" şirkəti marketlərə öncədən verdikləri malların pulunu sahibkarlardan indi tələb etməyə başlayıb. Sahibkarlar pulu verə bilmədikdə, həmin borcun üzərinə 20% gəlirlər və sahibkara bununla bağlı sənəd imzalatdırırlar. Sahibkar razılaşmadıqda isə mağazaya bir daha mal verməyəcəkləri ilə hədələyirlər. "Biz malı qəbul edib, satıb, pulun veririk adətən. Malı qəbul edəndə də vaxt qoyulur ki, filan tarixdə pul ödəniləcək. Bilə-bilə ki, pul olmayacaq, gəliblər ki, pul ver. Verməsək də mal verməyəcəklər. Onda da mağaza boş qalacaq. Belə pis çıxmasın qışqırda-qışdırda borcun üzərinə 20% gəldilər”.
 
Pərakəndə və topdansatış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, "Veysəloğlu" Şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Şirkətdən də bizə yeni qiymətlər tətbiq olunur. Biz də sahibkar olaraq məcburuq ki, qiyməti artıraq. "Veyseloğlu" istəyir ki, bazarda süni qıtlıq yaratsın.
 
Şikayətçi tərəf həmçinin onu da dedi ki, Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Veysəloğlu" şirkətində təcili olaraq monitorinq aparmalı və süni bahalaşmaya şərait yaradan şəxsləri cəzalandırmalıdır.