​Vergi nazirinin son təyinatlarının sensasion gizlinləri - ÖZƏL

 
 
Vergilər naziri Fazil Məmmədov son günlər təyinatlar verməkdədir; Nazir tez-tez müşavirlərin, idarə rəislərinin yerini dəyişir...
 
Politika.Az-ın xəbərinə görə, sonuncu dəfə ötən gün Habil Amil oğlu Məmmədovu müşavir vəzifəsindən azad edib.
 
H.Məmmədov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. O, bu vaxta qədər həmin departamentin rəisi vəzifəsini müvəqqəti icra edirdi.
 
Nazir həmçinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə yeni rəis təyin edib. Adıçəkilən departamentin yeni rəisi baş vergi xidməti müşaviri Səməd Ədil oğlu Vəliyevdir. Qeyd edək ki, V.Səmədov bundan öncə 2 saylı Ərazi Vergi Departamentinin (ƏVD) rəisi olub.
 
Hazırda nazirin müşavirlərinin sayı 9-dur. Bu, Ələkbər Comərd oğlu Məmmədov, Riyad Zakir oğlu Hüseynov, İlham Əli oğlu Əmirəliyev, Taryel Aydın oğlu Quliyev, Elçin Fərrux oğlu Məmmədov, Rəşad Vaqif oğlu Həbibov, Firuz Akif oğlu Həsənov, Əflatun Məsim oğlu Məmmədov və Natiq Telman oğlu Şirinovdur.
 
Məlumatlı qaynaq bildirib ki, nazirlikdə son vaxtlar işlər hemç də yaxı getmir. F.Məmmədov vergi yığımının nəticələrindən gileylənir.
 
Nazirin müşavirlərini və rəisləri yer dəyişməsini əsas sirri də bu faktordan qaynaqlanır. Vergi naziri vergi yığımının daha effektiv təşkili üçün kadr islahatlarına getmək məcburiyyətində qalıb.
 
Politika.Az-ın əldə etdiyi özəl xəbərə görə, hakimiyyət daxilində gedən intriqalara yeni müstəviyə keçib. Nazirlər Kabinetində müxtəlif qruplaşmalar bir-birinə qarşı kompromat savaşı aparır.
 
Referendumdan sonra sükut hökm sürsə də, vitse-prezidentlərin təyinatının olmaması onları təzədən aktivləşdirib. Nazirlər gözləmə mövqeyində dayanaq özlərini yaxşı aparmağa və reputasiyalarını müsbət təqdim etməyə çalışmaqla vitse-prezident postuna iddialı idilər. Elə ki bu məsələ arxa plana keçdi, yenidən nazirlərin arasındakı qovğa qızışıb.
 
Mənbə iddia edir ki, vergilər naziri də bu proseslərdə əsas hədəflərdən biri sayılır. F.Məmmədov və onun himayəsindəiki icra başçılarına qarşı kampaniya gedir.
 
Məqsəd sadədir: nazirin qələmini qırmaq. Buna bir neçə dəfə cəhd olunub və alınmayıb. O baxımdan nazirin son təyinatlarının və yerdəyişmələrinin bir səbəbi də həmin qüvvələri neytrallaşdırmaq, mövqeyini möhkəmləndirmək, kosmetik islahatçı obrazı yaratmaqdır.
 
Xatırladaq ki, nazirin şikayətlənməsinə səbəb 2 illik vergi yoxlamalarının dayandırılması tapşırığıdır. Artıq vəziyyət o həddə çatıb ki, F.Məmmədov dilə gəlməli olub. O, yoxlamaların davam etdirilməsinin tərəfdarı imiş. Ancaq dövlət başçısının göstərişinə qarşı gedə bilməyib.