Venesuela parlamenti Maduronun impiçmenti məsələsini qaldırdı

 
Venesuelanın Milli Assambleyası prezident Nikolas Maduronun impiçmenti haqda prosedur başladıb.
 
Ölkə.Az xəbər verir ki, bundan sonra onun haqqında araşdırma aparılacaq. Onun parlament qarşısında hesabat verməsi tələb olunsa da, Maduro buna hələlik məhəl qoymur.
 
Xatırladırıq ki, Maduro müxalifəti ölkədə dövlət çevrilişinə cəhddə ittiham etmişdi.