“Vaxtından əvvəl məktəbə qəbul uşaqlara mənfi təsir göstərir”

"6 yaşından tez olaraq məktəbə qəbul olunan uşaqlar sonralar fiziki baxımından inkişaf etmir, bundan əziyyət çəkirlər".
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir bu sözləri Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva bildirib. Nazirlik təmsilçisi vaxtından əvvəl məktəbə qəbulun şagirdlərə göstərdiyi mənfi təsirlərdən söz açıb:
"Xüsusi istedadlı uşaqların vaxtından əvvəl məktəbə qəbul olunması ilə bağlı qaydalar nazirliyin saytında yerləşdirilib. Lakin vaxtından psixoloqlar da bildirirlər ki, vaxtından əvvəl məktəbə qəbul uşaqlara mənfi təsir göstərir. Həmin şagird sonralar fiziki baxımından inkişaf etmir, digər sinif yoldaşlarından geri qalırlar. Hər bir yaş gözəldir. Uşaq olanda hansımız tez böyümək istəməmişik ki?... Mən özüm də vaxtından əvvəl məktəbə gedən şagird olmuşam. Məktəbdə, universitetdə hər kəsdən kiçik yaşlı mən idim. Hətta işlədiyim şöbədə də ən az yaşlı həmkaram. Lakin o dövrdə müəyyən problemlər yox idi. Elə valideynlər var ki, övladının 6 yaşı oktyabrda tamam olacaq deyə onu məktəbə qoymaq istəyir. Lakin çoxlu sayda valideynlər də var ki,  6 yaşı avqustda tamam olmasına baxmayaraq övladladının hələ məktəbə hazır olmadıqlarını bildirirlər. Fikrimcə, bu daha doğru qərardır".