"Vaxtilə Fələstindən torpaq almaq istəyən yəhudilərə Sultan Əbdülhəmid torpaq verməmişdi, amma..."

Baxış sayı: 
186

"Amerika Yaxın Şərqdə İŞİD - dən sonra yeni bir münaqişə ocağı yaratmaq və planlarını həyata keçirmək üçün belə bir addım atıb"
 
 
Qüdslə bağlı Donald Trampın anormal addımına cəmi ərəb coğrafiyası Ərdoğan Türkiyəsinin təkbaşına təpkisindən az etiraz etdi. Bu ehtiyyatlılıq nədən qaynaqlanır, olmaya ərəb ölkələrinin canından yəhudi xofu hələ çıxmayıb?
 
Moderator.az-ın əməkdaşı Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya müraciət edərək aşağıdakı cavabı alıb:
 
"Əlbəttə, Trampın imzaladığı sənəd - yəni ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qəbuledilən bir məsələ deyil. Haqlı olaraq bütün dünya Türkiyənin sərt etirazlarına dəstək verməkdədir. Çünki Qüdsün statusunun dəyişdirilməməsi ilə əlaqədar BMT-nin qərarı var və artıq Avropa ölkə liderləri də buna etirazlarını bildirirlər. Amerika bunları bilirdimi? Əlbəttə, bilirdi. Mənim fikrim budur ki, Amerika öz müttəfiqini qorumaq üçün bu addımları atmır. Əlbəttə, ABŞ-dakı yəhudi lobbisi Trampa təzyiqlər edir. Amma məsələnin kökündə bunlar durmur. Məncə Amerika Yaxın Şərqdə  İŞİD - dən sonra yeni bir münaqişə ocağı yaratmaq və planlarını həyata keçirmək üçün belə bir addım atıb. Bunu anlayaraq ona uyğun da addımlar atılmalıdır. Qaldı ki, Fələstinlilərin buna layiq olub - olmaması məsələsinə, Türkiyədə buna belə baxılır ki, Qüds bütün müsəlmanların, o cümlədən də Türkiyə xalqının müqəddəs yeridir və oranın əldən çıxması İslam dininə çox böyük bir zərbə olacaq. Başqa elə də siyasi gözləntilər yoxdur, Türkiyənin sərgilədiyi siyasət tarixi ənənəsinə uyğundur. Bu da bilinməlidir ki, vaxtilə Fələstindən torpaq almaq istəyən yəhudilərə Sultan Əbdülhəmid torpaq verməmişdi, amma fələstinlilər bu torpaqları yəhudilərə satdılar. İndi də onun əzabını çəkirlər. Fələstinlilərin 1911-ci ildə Osmanlı dövlətinə qarşı "bayraq açması" və Birinci dünya müharibəsində xəyanəti də bu ölkədə yaddaşlardan silinməyib. Biz də Azərbaycan olaraq fələstinlilərin bizm deyil, ermənilərin tərəfində olduğunu unutmamışıq. Yasir Ərəfat Ermənistanı dəstəkləyən bəyanat vermişdi. Qarabağ davasında mən nəinki  Fələstinlilərin, heç ərəb ölkələrindən bizim haqlılığımızı dilə gətirən bir liderini görməmişəm. Bölgə qarışır. Bununla belə siyasətimizi bölgədə gedən proseslərə uyğun qurmalıyıq".

Загрузка...
Загрузка...