​Vatikanın gizli kitabxanasındakı sirli arxiv - FOTOLAR

 
 
Vatikanda yerləşən gizli arxiv rəflərinin uzunluğunun 48 km olduğuna inanılır. Bunlara baxmaq istəyən alim və tədqiqatçılar, hansı sənədi araşdırmaq istədikləri informasiyanı əvvəlcədən vermək məcburiyyətindədir. Yəni o sənədin mövcudluğundan xəbərdar olmalıdırlar.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, arxivdə nə cür sənədlərin gizli olduğuna dair dedi-qodular hələ də davam edir.
 
Gözətçilər
 
Vatikanın İsveçirəli mühafizəçiləri, dünyanın ən kiçik milli ordusudur. Yaradıldıqları il olan 1506-cı ildən bəri eyni paltarı geyinirlər.
 
Gizli xəzinə
 
Bəzilərinə görə eradan əvvəl 70-ci ildə Qüds məbədindən alınmış müqəddəs menorah (şamdan) burada saxlanmaqdadır.
 
Boşanma sənədləri
 
1531-ci ildə İngiltərə kralı VIII Henri, Papaya, arvadı Aragonlu Katerinadan boşanmaq istədiyini bildirən bir məktub yazıb. Bu mövzudakı danışıqların həssaslığına görə məsələ ilə əlaqədar sənədlər əsrlər boyu arxivlərdə saxlanmışdır.
 
Qəzəbli artist
 
Böyük sənətkar Michelangelo, (1475-1564) arxivlərdə saxlanan bir məktubunda yer alan şikayətində, Vatikandakı kilsənin mühafizəçilərinin əmək haqlarının üç aydır ödənmədiyini və işçilərin işdən çıxmaq istədiklərini bildirir.

Загрузка...
Загрузка...