​Vatikan ŞOKDA - İsa peyğəmbərin və ailəsinin məzarı tapıldı - VİDEO/FOTO

 
Qüdsdə içərisində İsa peyğəmbərin və ailəsinin qəbirləri olduğu ehtimal edilən sərdabə ilə bağlı yeni xəbər yayılıb.
 
Publika.az xarici mediaya istindən xəbər verir ki, qədim sərdabənin həqiqətən də İsa peyğəmbərə və ailəsinə məxsus olması təsdiqini tapmaq üzrədir.
 
Bu sərdabə 1980-ci ildə Qüdsün rayonlarının birində bina inşası üçün bünövrə qazılan zaman aşkar edilib. İnşaat işçiləri bu barədə dərhal arxeoloqlara xəbər verərək, sirli ərazini tərk ediblər.
 
Araşdırma zamanı həmin sərdabədə əhəng daşından düzəldilmiş 6 ədəd tabut tapılıb. Qədim dövrlərdə bu tabutlarda insan cəsədlərinin külü saxlanılırmış.
 
Tapılan tabutların üzərində İeşua, Mariya, Mariya Maqdalina, Matvey, İosif və İuda yazılarının olduğu müəyyən edilib.
 
Hazırda dünya Vatikan rəhbərliyinin 36 il öncə Qüdsdə tapılan məzarların İsa Məsihə və onun ailəsinə məxsus olmasını təsdiqləməsini gözləyir.