Vaşinqtonda yük qatarı relsdən çıxıb, ətrafa təhlükəli kimyəvi maddə dağlıb

 Vaşinqtonda yük qatarı relsdən çıxıb, qəza yerinə təhlükəli kimyəvi maddə sızmağa başlayıb.
Turaninfo.az-ın NBC telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqton Yanğın Xidməti məlumat yayıb.
 Hadisə bu gün səhər saatlarında Vaşinqtonun Rod-Aylend stansiyası rayonunda baş verib. Çoxlu sayda vaqon relsdən çıxıb, bu vaqonlardan təhlükəli kimyəvi maddə axır. Qəza ilə bağlı polis dəmir yolu ilə paralel olan Rod-Aylend prospektini qismən nəqliyyatın hərəkəti üçün bağlayıb.