Vasif Talıbovun oğlu həyat yoldaşına MAHNI YAZDI, Zamiq OXUDU - VİDEO

Baxış sayı: 
1 084
0  
0  

Müğənni Zamiq Hüseynov “Bu gün bizim günümüzdür” adlı yeni mahnısını təqdim edib.
Publika.az xəbər verir ki, ifaçı mahnını çox sevdiyi bir dostunun özəl günü üçün hazırlandığını bildirib. Lakin həmin dostunun adını açıqlamayıb.
Araşdırmamız zamanı məlum olub ki, bu mahnı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun toyuna özəl olaraq hazırlanıb. Mahnının sözlərini isə elə toyu olan bəy, yəni Seymur Talıbov yazıb.
Müğənninin prodüseri Azər Kərimov isə saytımıza açıqlama verərək, məsələni təsdiqləyib: “Bəli, sözləri Seymur Talıbov yazıb. Sırf onların özəl günü üçün hazırlamışdıq. Ancaq mahnı çox sevildi, sosial şəbəkələrdə yazılan xoş rəyləri və reaksiyaları görüb, paylaşmaq qərarı verdik”.
Qeyd edək ki, mahnının aranjimanı və musiqisi isə tanınmış türkiyəli bəstəkar Hakan Erola aiddir.

Загрузка...
Загрузка...