Vasif Talıbova müraciətə görə Naxçıvanda vətəndaşlar saxlanılıb

Naxçıvan sakini Nurəddin Bayramov NMR hüquq-mühafizə orqanlarında onun qızına – südəmər körpəsi olan anaya təzyiq göstərildiyini bildirib. O, «Turan» agentliyinin müxbiri ilə söhbətində deyib ki, iyunun 3-də qızı Səyyarə Qəmbərova 3-də Naxçıvan Ali Məclisinə qəbula gedib, oradan Daxili İşlər Nazirlyinə aparılıb və axşam saat 11-ə kimi orada saxlanılıb.
S.Qəmbərova həyat yoldaşı Ülvi Qəmbərovun işdən azad edilməsilə bağlı Naxçıvan Ali Məclisinə vurduğu teleqramlara cavab almaq üçün oraya gedib.
“Ülvü Qəmbərov 12 ildir ki, gizir kimi hərbi xidmət keçir. 2015-ci ilin dekabrında komandir onu xidməti uyğunsuzluğa görə işdən azad edilməsi haqda ərizə yazmağa məcbur edib. O da yazıb”, - N.Bayramov bildirib.
S.Qəmbərova ödənişli analıq məzunuyyətindədir və bütün ailə onun aldığı 26 manatla dolanır.
“Ailə ağır durumda olduğu üçün YAP üzvü olan S.Qəmbərova Ali Məclisə telerqamlar vurur ki, qəbula düşərək ailənin durumunu Ali Məclisin sədri üzvü Vasif Talıbova anlatsın. İyunun 3-də dəhər Ali Məclisə gedib, lakin teleqrama cavab almayıb. Oradan onu DİN-ə aparıblar. Saat 14:00-da həyat yoldaşı Ülvi Qəmbərovu da ora aparıblar saat 23:00-a kimi orada saxlayıblar. Bu müddərdə bir südəmər uşaq nəzarətsiz qalıb”, - ata bildirib.
Onlardan iyunun 4-ü saat 11:da yenidən nazirliyə gəlmək  tələb olunub. Onlara deyiblər ki, əgər şikayət etsələr Naxçıvandan qovulacaqlar.
Naxçıvan DİN-dən şərh almaq mümkün olmayıb.