Vasif Talıbov-Kərəm Mustafayev "savaş"ı yeni müstəvidə - Generalın xanımı işsiz qaldı!

Naxçıvan Muxtar Respublikasının Tibb kollecinin direktoru işdən çıxarılıb
Naxçıvan Tibb kollecinin diretoru İlhamə Mustafayeva Rafiq qızı vəzifəsindən azad olunub. Onun bir müddət əvvəl Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbovun əmri ilə işdən çıxarıldığı bildirilir. Tibb kollecinə yeni direktor Sona Məmmədova təyin edilib. Məlumat saytımıza Naxçıvan MR Ali Məclisindən verilib.
Qeyd edək ki, işdən çıxarılan İlhamə Mustafayeva, Müdafiə Nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general- leytenant Kərəm Mustafayenin həyat yoldaşıdır. O, bir müddət bundan əvvəl deputat mandatından da məhrul edilmişdi.