Vasadze: “Ankara-Moskva-Tehran ittifaqı olmayacaq”

 
 
Ankara, Tehran və Moskva arasında ittifaq yaranacağı haqqında bütün fikirlərin hamısı yalandır.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində gürcü politoloq Gela Vasadze paylaşıb.
 
Onun sözlərinə görə, Ərdoğan hazırda Suriya türkmanları ilə bağlı Kerri və Lavrov arasında əldə olunan razılaşmanın nəticələrini yox etməyə çalışır:
 
“Ərdoğanın digər problemi Türkiyədəki kürdlərdir. Bu problemin həlli Moskvada yerləşir. Əslində bu, Ərdoğan-Putin danışıqlarının əsas mövzusu ola bilər. Hazırda Yaxın Şərqdə dini müharibələr gedir. Bu müharibədə Ankara və Tehran heç bir zaman müttəfiq ola bilməzlər. Tərəflər arasında maksimum soyuq sülh ola bilər. Hazırda Tehranın əsas düşməni türklər yox, səudiyyəlilərdir. Amerika bu istiqamətdə Türkiyəni dəstəkləyib, Ərdoğanın problemlərini azaltmalıdır”.