Vaqif Əsədov: "Mənim dava edən vaxtım deyil" - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib.
Bölmə rəisi "Report"a istinadən Turaninfo.az-a  bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır: "Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imkan vermir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim?! İndi mənim dava edən yaşım deyil. Mən orada motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik".