Van Dammın qızı: ''Atamın ənənəsini davam etdirmək istəyirəm''

“Atamın döyüş sənətləri ənənənsini davam etdirmək istəyirəm”.
Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Dammın (Jean Claude Van Damme) 25 yaşlı qızı Byanka Van Varenberq (Bianca Van Varenberg) “New York Post”a müsahibə verib (atasının əsl adı Jean-Claude Camille François Van Varenbergdir –red).
Oxu.Az xəbər verir ki, o, açıqlamasında bildirib:
“Mən kiçik yaşda olan qızlara və oğlanlara, eyni anda həm idmançı, həm də zərif olmağın mümkün olduğunu göstərmək istərdim. Şam yeməyində ayağını ayağının üstünə aşırıb oturduqdan sonra, çox zərif və kübar şəkildə kiminsə payını vermək
olar”.
“Atam bizim nəsil üçün döyüş sənətlərini populyarlaşdırıb və mən bu ənənəni davam etdirmək istəyirəm”,-deyə Varenberq sözlərinə əlavə edib.