Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır - VİDEO

 
Bakıda məktəbli yarmarkaları fəaliyyət göstərəcək.
 
Turaninfo.org Xəzər TV-yə istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır.
 
Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirib ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər.
 
Məktəbli yarmarkaları metrounun 28 may stansiyasından başqa, Elmlər Akademiyası, "İnşaatçılar", "Nəriman Nərimanov", "Koroğlu" və "Neftçilər" stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək.
 
Bu ərazilərdə yarmarkalar üçün çadırlaq qurulacaq.
 
Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki, yarmarkalarda süni qiymət artımı olmasın.

Загрузка...
Загрузка...