Vahidlə Mirşahini prokurorluğa apardılar - ANS-ə CİNAYƏT İŞİ AÇILIR

Fəaliyyəti dayandırılan ANS televiziyasının prezidenti Vahid Mustafayev və telekanalın vitse-prezidenti Mirşahin Ağayev bu dəqiqələrdə prokurorluğa aparılıb
 
Gununsesi.info-nun ANS-in inzibati binasının qarşısında olan əməkdaşının xəbərinə görə, telekanal rəhbərliyi dindirilmək üçün polis və prokurorluq işçilərinin müşaiyyəti ilə avtomobilə mindirilərək, prokurorluğa aparılıb.
 
Məlumata görə, ANS-ə terrorçuluğun təbligi və dəstəyə görə, cinayət işi açılır.