Vahid Dünya Dövləti qurulmayınca Qarabağ “münaqişəsi” həll edilməyəcək...-

 
 
Ona görə də Rusiya, yaxud Amerikanın torpaqlarımızı azad etdirəcəyinə inanmaq – sadəlöhvlükdür…
 
Səhv etmirəmsə, Çörçil deyirdi ki, dünyanı informasiya idarə edir....
 
***
 
Əslində bütöv kainat kimi dünyanı da Allah  idarə edir. Ancaq Yaradan Qiyamət gününədək İblisə möhlət verdiyi və İblis də insanları Allah yolundan çıxardacağını vəd etdiyi üçün bu dünyada insan cəmiyyətindəki iqtisadi, siyasi, hərbi və s. proseslərin idarəçiliyi müəyyən  çərçivədə İblisə və onun yoldan daha çox çıxardığı şüurlu məxluqların- şər dahilərinin   ixtiyarına buraxılıb...
 
***
 
İblisin yolunu getməklə cahanın var-dövlətinin əksər hissəsini əlində cəmləmiş güclər bütün vasitələrlə adi insanların həm yoldan çıxarmaq, həm də başlarını qatmaqla məşğuldur. Və  öncə xatırlatdığımız informasiya manipulyasiyası, çaşdırması burada böyük rol oynayır…
 
***
Söhbət yalnız siyasi informasiyalardan getmir. Gündəlik beynimizi “yeyən” reklamlar, satışda olan adicə torbaların, satılan geyim mallarının, onların yarlıqlarının  və s. üzərindəki yarımçılpaq qadın-qız şəkilləri də əxlaqsızlığın, zinakarlığın, fahişəliyin, boşanmaların kütləviləşməsinə xidmət edən informasiyadır...
 
***
 
Digər bir istiqamət  pullanmağa, dövlətlənməyə, şöhrətlənməyə tamah, hərislik hissinin gücləndirilməsidir ki, bu da yenə də KİV-dəki informasiyalar, reklam və elanlar vasitəsilə həyata keçirilir. Hər gün yeni-yeni bahalı maşınlar, mebellər, yaraşıqlı göydələnlərdə təklif edilən binalar  və s. göz qamaşdırır və imansız, iradəsiz olan əksər insanları nə yolla olur-olsun, belə şeylərə malik olmaq üçün oğurluğa, dələduzluğa, sələm verməyə və ya götürməyə və s. vadar edir...
 
***
 
Siyasi istiqamətdəki informasiyalar isə bir tərəfdən milli hisslərin öldürülməsinə(liberalizm, tolerantlıq, multikulturalizm, kosmopolitizm və s.), digər tərəfdən isə qatı millətçi duyğuların ifrat dərəcədə qızışdırılmasına yönəlib. Bunlardan da məqsəd dünya idarəçiliiyində əsas yer tutan millət nümayəndələrindən savayı qalan millətləri “əridib”, assimilyasiyaya uğradaraq yox etməkdir...
 
***
 
Milli, dini zəmində yaradılan münaqişələr də məhz dini konfensiya və millətləri üz-üzə gətirib enerjilərini qarşıdurmalara sərf edib tükətməklələ onların milli genefondunu digər vasitələrin də dəstəyi ilə məhv etməkdir...
 
***
 
Sion müdriklərinin protokollarını oxuduqca  müasir dünyadakı haqsızlıq, istismar, müharibə, terror və münaqişələrin səbəbləri və mexanizmləri, demək olar ki, tam aydın olur...
 
***
 
Orta əsrlərdən başlayaraq oğurluq, quldurluq, dələduzluq, sələm və s. kimi haram vasitələrlə dünya sərvətlərini ələ keçirməyə başlayan şeytani sümürgəçi güclər qarşılarına bir əsas məqsəd qoyublar : “ali” millətdən savayı bütün digərlərini, eləcə də onların dövlətçiliklərini məhv edərək sonda Vahid Dünya Dövləti qurmaq... Son 3 onillikdə fəal şəkildə həyata keçirilən “xaosdan düzənə” prinsipi buradan qaynaqlanır... “İŞİD” tipli terrorçu qrup və təşkilatlar dünyanın xəritəsini bu plana uyğun dəyişməkdən ötrü Vahid Dünya Dövlətinin hələki gizli ordularıdır...
 
***
 
Münaqişələr, qondarma “soyqırımlar” iyrənc məqsədlər üçün ən yaxşı katalizatorlardır.... İslamın, Allah yolunun 500 illik ən qüdrətli daşıyıcısı olmuş Osmanlı dövlətini də məhz dini və milli zəmində qondarılmış münaqişələrin hesabına parçaladı düşmənlər... Qondarma “erməni soyqırımı”nın da əsas “ilhamverici qüvvəsi” erməni millətçiləri deyil, onları idarə edən mason-filan deyilən sümürgəçi güclər oldu. Məqsəd gələcəkdə Osmanlının varisi olacaq türk dövlətini təzyiq altında saxlamaq idi...
 
***
 
Qarabağ “münaqişəsi”ni də  Çar Rusiyasını yıxıb SSRİ-ni formalaşdıran  eyni güclər yaratdı. Məqsəd gələcəkdə Sovet İttifaqını çökürtmək və genefondu güclü olan Azərbaycan xalqını daim təzyiq altında saxlamaq və tədricən əritmək olub... Qarabağın, dağlarımızın  işğalı yalnız torpaqlarımızın deyil, eyni zamanda   milli, dini dəyərlərimizin genefondumuzun işğalıdır...
 
***
 
Axı Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda, Ağdamda və s. yetişən nəsili Bakı, Sumqayıtın şəhər mühitində, yaxud aran bölgələrində  formalaşan nəsil əvəzləyə bilməyəcək...
 
***
 
Bu gün bizim  Dağlıq Qarabağ və ətraf 7 bölgəmizin işğalı faktını “münaqişə” adlandırmamız doğru deyil. Bununla biz ermənilərin xeyrinə olaraq öz tarixi-hüquqi ərazilərimizin mübahisəli olduğunu təsdiqləyirik... Ona görə də Qarabağa aid edilən münaqişə sözü dırnaqda yazılmalıdır...
 
***
 
Bir sözlə, bütün vasitələr digər dövlət, xalq və millətlər kimi Azərbaycan dövlətinin, xalqının və ən başlıcası, müsəlman türk soyunun məhvinə yönəlib...
 
***
 
Qarabağ “münaqişəsi” də bu vasitələrdən biri olduğundan sümürgəçi güclərin planları başa çatmayınca, yəni Vahid Dünya Dövləti qurulmayınca digər münaqişələr kimi bu “münaqişə”  də həll edilməyəcək...  Həm də ona görə ki, Fələstin, Kəşmir və s. kimi Qarabağ da regionları yönləndirmək üçün rıçaqdır, düymədir...
 
 
 
*** 
 
Sion müdriklərinin protokollarının məntiqinə görə, Qarabağ məsələsinin açarı çoxlarımızın düşündüyü kimi,  Rusiyanın, yaxud ABŞ-ın əlində deyil. Çünki onların özünü də idarə edən güclər, nə bilim, Baruxlar, Rotşildlər, Rokfellerlər var... Və sonda  nəinki Rusiya, ABŞ dövləti də məhv edilməlidir... Bunun simptomları artıq görünməkdədir... Rusiyanın, Amerikanın, ATƏT-in Minsk Qrupunun, AŞ-ın-filanın əsas rolu müxtəlif çoxbaşlı gedişlər, oyunlar, kombinasiyalar qurub aldadıcı informasiyalar yaymaqla hər iki tərəfin başını qatıb vaxtı ötürməkdir... Ara-sıra baş verən atəşkəs pozuntusu, lokal döyüşlər isə həm də silah-sursat dəllallarının, Hərbi Sənaye Komplekslərini  bazarına işləyir...
 
***
 
Bütün bunları düşünəndə  belə nəticəyə gəlirsən ki, “prezidentlərin filan yerdə növbəti görüşü olacaq”,   “xarici işlər naziri gələn ay görüşəcək”, ATƏT-in Minsk Qrupunun həmsədri filan bəyanatı verdi, “Duqin dedi, 7 rayon qaytarılacaq”, “Markov dedi, 5 rayon qaytarılacaq”, “Putin 3 şərt irəli sürdü” və s. kimi informasiyalara enerji tükətməyə dəyməz...
 
***
 
Gözümüzün önündədir ki, hazırda super transmilli güclər nəinki mövcud münaqişələri həll etmək niyyətindədir, əksinə, yeni-yeni münaqişələr yaratmaq və donmuş konfliktləri oyatmaq əzmindədir... Myanmardakı bütpərəst-müsəlman qırğını, İspaniyada Kataloniya, İraqda Kürdüstan məsələsinin  qabardılması və s. buna əyani misaldır...
 
***
 
Xülasə, ABŞ-ın, yaxud Rusiyanın Qarabağ “münaqişəsi”ni  ədalətlə həll edəcəyinə, yəni torpaqlarımızı işğaldan azad etdirib bizlərin də qayıdıb o yurdlarda sülh içində yaşayacağına şərait yaradacağına inanmaq əbləhlikdir... Uzaqbaşı, biri deyəcək NATO-nun bazası olsun burda, o biri deyəcək,  rus qoşunları yerləşdirilsin bölgəyə ki, torpaqların bir qismi azad olsun... Hətta bu halda yenə “münaqişə” Fələstində olduğu kimi uzanacaq...
 
 
 
***
 
Əslində nəzəri cəhətdən çıxış yolu var. O da bizim bütöv xalq olaraq vahid güc kimi təşkilatlanıb torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün gücümüzü səfərbər etməkdədir. Buna isə xaricdən düşmən güclər, daxildən isə nəfsimiz, tamahımız imkan vermir...
 
Sultan Laçın

Загрузка...
Загрузка...