Üzeyir Cəfərovun tələbə yoldaşı nazir təyin olundu - VİDEO

 
 
Artıq iki aydan çoxdur ki, mən mətbuatla aktiv əməkdaşlığıma fasilə vermişəm. Bunun da çox ciddi səbəbləri var. Amma, hərdən rəhbəri olduğum Moderator.az saytının rus versiyasında gündəlik həyatımızla, həmçinin ölkəmizlə bağlı aktual mövzularda bəzi yazılarımı paylaşıram.
 
Mənim gündəlik mətbuatdan bir qədər aralı düşməyim təkcə Azərbaycandakı dostlarımı deyil, ölkəmizdən kənarda mənimlə bərabər hərbi-siyası jurnalistika fakültəsində təhsil almış dostlarımı da bir qədər narahat edib. Amma, mən onlara da izah etmişəm ki, səbəblər nədir və informasiya müharibəsinin mahiyyətini anlamayan bəzi məsul şəxslər təəssüflər olsun ki, bu gün Azərbaycanda hələ də gün keçirtməklə işlərini bitmiş hesab edirlər.
 
Dünən gecə saatlarında mənə Moskvadan və Minskdən çox sevindirici bir xəbər çatdırdılar.
Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 28-də mənim Lvov Ali Hərbi Siyasi Jurnalistika fakültəsində 4 il bərabər təhsil aldığım yaxın dostum Aleksandr Karlyükeviçi Belarusun İnformasiya Naziri vəzifəsinə təyin edib. Linklə aşağıda ətraflı tanış ola bilərsiniz.
(moderator.az/ru/news/35537.html)
 
Sözsüz ki, bizim 1981-85-ci illərdə Ukraynanın Lvov şəhərində hərbi-siyası jurnalist kimi bərabər təhsil aldığımız bir neçə tələbə-kursant yoldaşımız bu gün Ukrayna, Belarus, elə Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərində çox mühüm vəzifələrdə çalışırlar. Və onların əksəriyyəti Azərbaycana çox isti münasibəti olan dostlarımdır.Ona görə də, bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsində biz gərək öz imkanlarımızı maksimum səfərbər edək.
 
Bu qeydlərimi də ona görə yazdım ki, yolu Ukraynaya və ya Belarusa, Rusiyaya düşən hər bir həmkarım çox rahatlıqla mənim adımdan adını qeyd etdiyim rəsmi şəxslərlə görüşə və ünsiyyət qura bilərlər. Siz həqiqətən də onların Azərbaycana necə böyük önəm verdiklərinin, hörmət bəslədiklərinin canlı şahidi ola bilərsiniz!
 
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

Загрузка...
Загрузка...