Uşqalar Putini divara dirədi: "Düzünə qalsa, televiziyada daha yaxşı görsənirsiz..."

Baxış sayı: 
160

 
 
Rusiya prezidentinin uşqaların yolka şənliyinə qtılması sürprizlərlə zəngin olub.
 
Moderator.az mk.ru saytının bu görüşdən təəssüratını Sizə təqdim edir.
 
2005-ci ildən bəri Kreml yolka şənliyinə qatılmayan Vladimir Vladimiroviç Putin (qısa olaraq VVP- Müxalifyönlü Rusiya mətbuatı Putinin adını bəzən “VVP” kimi yazır. Bu, Putinin adı, atasının adı və soyadının baş hərifləridir. VVP həm də ÜDM deməkdir - Ümum Daxili Məhsul. Vnutri Valovoy Produktsii.
 
Biz RF dövlət başçısına neytral mövqe tutduğumuzdan onu ÜDM kimi təqdim etmək fikrində deyilik - Moderator.az) bu dəfə balaca rusiyalılarla görüşüb və görüşdən sonra etiraf edib ki, onların dünyasında xüsusi bir dəyişiklik olmayıb. Uşaqlar yenə də möcüzəyə inanırlar, qarşılarında canlı prezidenti görəndə isə onlar baxın nə suallar verdilər...
 
Uşaqlar yolkaya yaxınlaşan Putini görəndə dövlət başçısına tərəf hücum çəkiblər. Görüşün təşkilatçıları: - “İlahi, o belə getsə heç yolkaya çata bilməyəcək”. Təşkilatçılar uşaqların ağzına su alıb dinlənməyəcəklərini düşündüklərinin tam əksi baş verib və uşaqlar prezidentə heç də uşaq sualları verməyib. Diqqət edək:
-“ Siz Krasnoyarsk deyilən yeri tanıyırsız? Heç Kamçatkada olmusunuz? Bizimkilər iştitak etməsə Olimpiadaya baxacaqsınız? Krım körpüsünün açılışına gedəcəksiniz? Müxalifətə necə baxırsınız?”
Sonuncu sualı verəndə Putin bir qədər duruxub: “Müsbət və tələsik – Konstruktiv olanlara-dəqiqləşdirib.
- Seçkilərdə qalib gəlməyi hesablamısınız?
- Bunu adamlar həll edir.
- Ölkəni idarə etmək Sizə çətindir? – hər tərəfdən uşaqlara xas olmayan suallar yağmağa başladı.
- Bizimki kimi ölkəni - çətin deyil. (Əslində, Putin bu sual qarşısında hətta qızarmışdı)
- Düzünə qalsa televiziyada daha yaxşı görsənirsiz - balaca oğlan qəflətən fikir bildirdi.
- Ola bilər - Putin donquldandı.
- Şaxta baba Sizin arzularınız həyata keçirir?
- Bəzilərini.., həyata keçirir - deyə VVP ( ÜDM yox) şaxta baba möcüzəsinə kölgə salmaq istəməyib.
 
Vəziyətin gərginləşdiyini hiss edən prezident: - mən yolüstü sizə baş çəkdim, indi də gedirəm hökümətin yeni ilini təbrik edəm. Vaxtdır, mən gedirəm - deyib, onunla şəkil çəkdirmək istəyən uşaqların əlindən birtəhər yaxa qurtarıb.
 
Bu vaxt uşaqlardan biri: -“6 B-dən Vaska paxıllığından öləcək. Soyuqdan donduq, amma canlı prezidenti görməyə dəyərdi” - deyib.
 
Uşaqlardan fərqli olaraq hökümət üzvləri prezidentin gələcəyini bilirdilər və Putinin masa arxasında onlarla bərabər ildə bir dəfə şampan şərabı içəcəyi də sirr deyil.
 
Uşaqlardan fərqli olaraq burda gözlənilməz suallar verən olmadı, Medvedyevlə bir-birinə kompliment deyib badə qaldırdılar.
 
Bütün bunlarla bərabər nazirlərə rahat bir il gəlmədiyini söyləyən Putin əlavə etdi ki, ölkədə yoxsulluq artıb və əhali 2006-cı ilin səviyyəsinə enib.
 
Medvedyev 2018-ci ildə “düşünülənin həyata keçəcəyinə” - yəni Putinin yenidən prezident olacağına əmin olduğunu dolayısıyla dilə gətirdi.
 
Uşaq məclislərinə baxmayın, böyük siyasətçilər üçün sürprizlər və möcüzələr çoxdan bitib.

Загрузка...
Загрузка...