“Uşaqlarımı əlimdən alıb dinini dəyişdilər” – Azərbaycanlı mühacirin harayı

Almaniyanın Köln şəhərində yaşayan Davud Əliyev qızlarını geri almaq üçün Türkiyə və Azərbaycanın rəhbərliyinə müraciət edib.
Turaninfo.org Sputnik Azərbaycan-a istinadən bildirir ki,  Azərbaycan vətəndaşı olan Davud Əliyevin 10 və 12 yaşlı qızları 7 il əvvəl Köln Gənclik Mərkəzi tərəfindən əlindən alınıb.
Uşaqlarını geri qaytarmaq üçün əlindən gələni edən Əliyev buna nail ola bilməyib.
Həyat yoldaşı ilə ayrıldıqlarını deyən Əliyev uşaqların vəkalətinin ona verildiyini, ancaq həyat yoldaşının şikayəti ilə uşaqların ondan alındığını bildirib.
“4 il övladlarımı görə bilmədim. Uşaqlarımın dediyinə görə, onları xristian ediblər. Artıq onlar başqa dinə inanırlar. Xahiş edirəm, mənə yardım edin. Türkiyə və Azərbaycan prezidentlərindən mənə yardım etmələrini xahiş edirəm”.
Davud Əliyevin sözlərinə görə, hazırda  ona uşaqlarını həftədə bir dəfə 3 saat nəzarətçi ilə görməsinə iaczə verilir.
Ata qızlarının öz dilini unutduğunu da qeyd edib.

Загрузка...
Загрузка...