​Uşaqlardan biri Türkiyədəndir - Qorxunc iddia!

 
 
 
Terror təşkilatı İŞİD Suriyada müharibə əsirlərini öldürən beş uşağın görüntülərini yayımlayıb. İngilitərənin "Daily Mail" qəzeti görüntülərdəki uşaqlar arasından birinin Türkiyədən olduğunu, birinin isə İngilis olduğunu yazıb.
 
Turaninfo.az Moderator.az istinadən  xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı İŞİD qanlı videosunda ilk dəfə bir Qərbli uşaqdan istifaə edib. Videoda yaşları 10 ilə 13 arasında dəyişən uşaqlar suriyalıları qətlə yetirir. Qatil uşaqlar arasında Əbu Abdullah əl Britani adlanan bir ingilis də var. İşidin Qərbli bir uşaqdan  ilk dəfədir belə bir videoda istifadə edildiyi bildirilir.
 
Qəzetin iddiasına görə, fotoşəkildə görünən uşaqlardan biri də təşkilata Türkiyədən qoşulub.
BBC britaniyalı olduğu irəli sürülən uşağın şəxsiyyətinin təsdiq etməyib və "Əcnəbilər Ofisi"nin məsələyə dair şərh vermədiyini yazıb. Xəbərdə uşaqların öldürdüyü beş əsirin kürd olduğu bildirilib.
 
Videoda, Əbu əl Bara əl Tunisi adlı uşaqlardan biri kürd əsirlərə ərəbcə səslənərək, daha çox zorakılıq edəcəyinə and içir və onlara qarşı müharibənin hələ başlamadığını deyir.
Videodakı uşaqların adları beldirr: "Əbu İshaq Masri,  Əbu Abullah əl Britani, Əbu Fuad əl Kürdi, Əbu əl Bara əl Tunisi və Yusif əl Özbəyi".