Uşaqbazlıq edən siyasətçilər həbs edildi - RƏZİLLİK

 
Avropada uşaqbazlıqla məşğul olan şəbəkənin 51 üzvü həbs edilib.
 
Ölkə.Az xəbər verir ki, Norveç polisi tərəfindən 2015-ci ildən aparılan istintaq çərçivəsində uşaqbazlıqla məşğul olan 51 nəfər həbs edilib.
 
Polisdən verilən xəbərə görə, həbs edilən 51 nəfər kişi tərəfindən körpələr də daxil olmaqla çoxsaylı uşağa cinsi zorakılıq edildiyi məlum olub.
 
2015-ci ildə Bergen şəhərində 22 yaşlı Norveç vətəndaşı barədə şikayət daxil olduqdan sonra başlayan istintaq çərçivəsində həbs edilənlər arasında iki nəfər siyasətçi də var. Eyni zamanda həbs edilənlərdən ali təhsilli, cəmiyyətdə yüksək mövqe tutanları da var.
 
Müttəhimlərə qarşı irəli sürülən iddialar arasında 14 yaşdan aşağı uşaqları zorlamaq, zorlamaya kömək etmək, 14-16 yaşlı uşaqlarla cinsi əlaqəyə girmək, bu prosesi lentə almaq və başqalarına göstərmək kimi rəzil iddialar var.
 
Polis əməkdaşı Hilde Reikars bildirib ki, axtarış zamanı müttəhimlərin evlərindən 150 terabayt həcmdə videolar ələ keçirilib.
 
Qeyd edilib ki, müttəhimlərə 15 il həbs cəzası verilə bilər.