​Uşaq əməyindən el şənliklərində istifadə düzgündürmü?

Limunət Əmrahlı: “Bu məsələdə gözlənilməsi gərəkən tələblər var”
 
 
Son vaxtlar azyaşlı uşaqların toyda, digər el şənliklərində mahnı, rəqs ifaçısı kimi müəyyən əmək prosesinə cəlb olunması, bunun nə dərəcədə doğru və ya yanlış olması ilə bağlı müzakirələr aktuallaşıb. Maraqlıdır,azyaşlıların toylarda bu şəkildə iştirakı nə dərəcədə düzgündür? Bu, onların psixologiyasında hansısa mənfi izlərə yol aça bilərmi?
Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birincisi, hüquqi baxımdan yanaşsaq, əslində bu, uşaq əməyinin istisamrıdır. Əmək məcəlləsində dediyimiz məsələ hüquqi baxımdan tənzimlənib. Hər kəs açıb oxuya bilər.
İkincisi, psixoloji məsələdir. Uşağın istedadı var. Valideyn də, uşaq da buna tələbat hiss edir. Uşaq öz fəaliyyətindən qürür duyur, zövq alır. Valideyn də buna uşağın gələcək peşəsi kimi yanaşaraq onu inkişaf etdirir.
Üçüncüsü, sosial məsələdir. Ailənin pula ehtiyacı var. Uşaq ailənin "çörək ağacı"dır. Öz qabiliyyətini gəlirə çevirərək ailəsinə yardım edir.
Dördüncü (pedaqoji), beşinci (dini-əxlaqi), altıncı (iqtisadi) və s. məsələlər də var. Hansı baxımdan yanaşmağımızdan asılı olmayaraq, burada bir neçə amil gözlənilməlidir. Uşağın ailəsi ilə bağlanılan müqavilələrin hüquqiliyi, uşaq hüquqlarını qoruyan təşkilatların ayıq-sayıqlığı, uşağın bu işə öz istəyi, yoxsa zorakılıqlı cəlb edilməsi, iş vaxtı (uşağın yuxu və istirahət rejimini kobud şəkildə pozmamaqla), müddəti nəzarətdə saxlanılmalıdır. Qaldırdığınız bu məslənin müsbət tərəfi odur ki, uşalaqın iştirak etdikləri şənliklər, onların çıxışları maraqla qarşılanır. Ancaq dediyimiz tələblər gözlənilmirsə, o zaman biz də uşaq əməyinin istismarına göz yuman tərəflərdən biri oluruq, sanki hər birimiz belə şənliklərdə iştirak edir və pərdə arxasında baş verənləri barədə düşünmədən evlərimizə dağılırıq”.

Загрузка...
Загрузка...