Uşaq doğmayan qadınlara 80 min dollar ödənilsin - QALMAQALLI TƏKLİF

 
Roma klubu hər doğulmamış uşaqdan imtinaya görə qadınlara 80 min dollar ödəməyi təklif edir.
 
Publika.az Şpigelə istinadən xəbər verir ki, alimlər, ictimai xadimlər və biznesmenləri birləşdirən beynəlxalq qeyri-hökümət təşkilatı - Roma klubunun bu təklifi aparılan araşdırmaların nəticələri kimi irəli sürülüb.
 
Klub proqnozlaşdırır ki, işsizlik, iqlim dəyişikliyi və iqtisadi artımın ləngiməsi bəşəriyyəti gözləyən əsas problemlərdəndir.
 
Roma klubu tərəfindən bəşəriyyətin gələcəyi ilə bağlı mütəmadi belə araşdırmalar aparılır. Çox güman ki, bu dəfə Roma klubunun belə radikal məruzə ilə çıxış etməsinin səbəbi məhz əhali artımına nəzarətə hesablanıb.
 
Lakin bu ideya birmənalı qarşılanmayıb. Bu təklifin tətbiq edilməsi “elit” seçməyə gətirib çıxaracaq. Çünki kasıb vətəndaşlar əlavə pul üçün doğulmamış uşaqlarından imtina edəcək. Bu nə deməkdir, onda ancaq imkişaf etmiş ölkələrin uşaqları qalacaq? deyə sual yaranır.