Ürəyinizin düzgün işləmədiyini göstərən 8 ƏLAMƏT

Baxış sayı: 
123
0  
0  

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur. Lakin həkimlər bildirir ki, müəyyən sadə qaydalara əməl edən xəstə özünü bu xəstəliklərin ağır fəsadlarından qoruya bilər.
Publika.az oxucuları ürəyin düzgün işləmədiyini göstərən 8 mühüm əlamətlə tanış edir.
Qollara yayılan ağrı
 
Ürək xəstəliklərinin ilk əlaməti qollarda hiss olunur. Qol ağrısı kişilərdə sol hissədə baş verir, qadınlarda isə bu ağrı hər iki qolda özünü göstərir. Qadınların bəzi vaxtlarda qollarında hiss etdiyi ağrılar sinir sistemi ilə əlaqəlidir, düzgün diaqnoz üçün mütləq mütəxəssisə müraciət edin.
Şiddətli öskürək
 
 
Bir çox fərqli xəstəliklərdə müşahidə olunan şiddətli öskürək xüsusilə çəhrayı maye ilə birlikdə baş verərsə, bu, ürək çatışmazlığına işarə edər.
Ayaqlarda və budlarda şişlik
 
Bud, ayaq və ya pəncələin səbəbsiz yerə şişməsi də ürək xəstəliklərinin əlamətləridir. Ürək döyünməsinin zəifləməsi nəticəsində qan damarlarındakı maye toxumalara sızaraq ayaqların şişməsinə gətirib çıxarır. Xüsusilə ayağınızda corab geyərkən, rezin sizi çox narahat edir və dərin qızartı izləri əmələ gəlirsə, mütləq həkimə gedin.
Ürəkbulanma və iştahasızlıq
 
Ürəkbulanma və iştahasızlıq kimi problemlər də ürək xəstəliklərinin xəbərçisidir. Bu sağlamlıq problemlərində adətən qarın ağrısı da özünü göstərir. Sadaladığımız simptomların hamısını eyni anda yaşayırsınızsa, həkim nəzarətindən keçmək tövsiyə edilir.
Həddən artıq qayğılı olmaq
 
Aparılan araşdırmalara görə, həyatının müəyyən dövrlərində tez-tez qayğılı olan və narahatçılıq keçirən insanlar ürək xəstəliklərinə daha meylli olur. Ümumiyyətlə, stress bir çox xəstəliklərinin əsas mənbəyidir. Odur ki, stressdən mümkün qədər uzaq olmağa, hadisələrə sakit reaksiya göstərməyə çalışın.
Huşunu və ya şüurunu itirmək
 
 
Ürək xəstəlikləri arasında ən çox rast gəlinən simptomlar bunlardır: huşunu və ya şüurunu itirmək. Ürəyin qan dövranının zəifləməsi nəticəsində damarlarda tıxanma baş verir və bu, xəstənin huşunu itirməsinə səbəb olur. Bu kimi problemlər ilə qarşılaşdığınız zaman mütəxəssislə görüşün.
Cilddə göyərmə
 
 
Dəridə göyərmə tez-tez rast gəlinən simptomlar deyil. Şok təsiri ilə ortaya çıxan bu problem orqanizminizin müəyyən bədən üzvləri üzərində meydana gəlir.
Dəridə qaşınma
 
Aparılan tədqiqatlar göstərib ki, ekzema xəstələrinin 48 %-i yüksək təzyiq, 29 %-i isə yüksək xolesterindən əziyyət çəkir. Herpes xəstəliyindən əziyyət çəkən şəxslərin də digərləri ilə müqayisədə ürək xəstəliklərinə tutulma riski 59 % daha çoxdur.
Aytən

Загрузка...
Загрузка...