Universitetin önündə əcnəbi tələbəyə təcavüz etdilər - FOTO

Axşam saatlarında Texniki Universitetin yaxınlığında sevgilisi ilə görüşməyə gələn qıza təcavüz edib, pul kisəsini oğurlayıblar.
Publika.az xəbər verir ki, Türkiyədə əslən Qırğızıstandan olan tələbəni zorla qolundan çəkərək tənha küçəyə salan şəxs ondan pul kisəsini istəyib. Daha sonra isə bıçaqla hədələyərək təcavüz edib. Huşunu itirmiş halda uzanan qızı yoldan keçən şəxslərdən biri görüb və xəstəxanaya aparıb.
Tələbə qız faktla bağlı polisə şikayət edib. Ətrafdakı təhlükəsizlik kameralarından şəxsin xarici görünüşü təsbit edilərək axtarışa verilib.

Загрузка...
Загрузка...