Universitetdən tələbələri sevindirəcək addım – İkiqat təqaüd…

Baxış sayı: 
145
0  
0  

Azərbaycan Tibb Universitetində valideyn dəstəyindən məhrum olan tələbələrə yardım göstərilib və onlara ikiqat təqaüdün verilməsi təmin edilib.
Minval.info xəbər verir ki, təhsil müəssisəsinin rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmr imzalanıb. Belə ki, 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə – 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb.
Tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaq məqsədilə bu addımın atıldığı bildirilir.
18 yaşından sonra valideyn dəstəyindən məhrum olanlara Təqaüd Fondu hesabına əlavə yardım edilir.
Bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.
Qeyd edək ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb.
Artıq ATU-nun onlarla tələbəsi bu imkandan yararlanıb.

Загрузка...
Загрузка...