​"Unibank" şəhid ailəsinin borcunu bağışladı

 
"UniBank" şəhid anasının borcunu silib.
 
Adıçəkilən bankdan saytımıza aşağıdakı məzmunda məktub daxil olub:
 
"Bank rəhbərliyi müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının banka olan kredit borcunun bağışlanmasına qərar verib. Müştəri Çimnaz Baxşəliyeva aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyevin anasıdır. Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq, Unibank şəhidin anasının borcunun silinməsini özünün mənəvi borcu bilir. Eyni zamanda bu məsələni gündəmə gətirdiyi üçün bank mövzunu işıqlandıran moderator.az saytına təşəkkürünü bildirir".
 
Moderator.az-ın əməkdaşı şəhid anası Çimnaz xanımla bir daha əlaqə saxlayıb və bəlli olub ki, onu həftənin bazar ertəsi banka dəvət ediblər və borcun silinəcəyi barədə ona təsəlliverici məlumat veriblər.