Ülvinin çevriliş videosu Türkiyədə rekord qırır - Video

 
Azərbaycanlı gənc Ülvi Mirzəzadə Türkiyədəki son olaylarla bağlı video-çarx hazırlayıb.
 
Axar.az xəbər verir ki, “Qurdlar Vadisi” serialının qəhrəmanı Polad Ələmdarın iştirak etdiyi səhnələrdən ibarət video-çarxda hərbi qiyam və onun törətdiyi fəsadlar əks olunub.
 
Uluyol.info-ya müsahibə verən Ü.Mirzəzadə video-çarxı hazırlamaqla qardaş ölkəyə dəstəyini nümayiş etdirdiyini deyib:
 
“Ətrafımdakı insanların bu hadisələrdən sarsıldığını görəndə qərara gəldim ki, Türkiyə Silahlı Qüvvələrinin və vətəndaşların şəhid olduğu günü video şəklində hazırlayım. Açığı, bu qədər ilgi göstəriləcəyini gözləmirdim. Son iki gündə sosial şəbəkələr vasitəsi ilə minnətdarlıq bildirənlər çoxdur”.
 
Qeyd edək ki, video Yutub şəbəkəsində iki gün ərzində 700 minə yaxın izlənilib.