Ukraynanın yeni hökumətində iki erməni...

Petro Poroşenko Bloku fraksiyasının bugünkü iclasında fraksiya lideri Yuri Lutsenko Ukrayna Nazirlər Kabinetinin yeni tərkibini elan edib.
Turaninfo.az Virtualaz.org-a istinadən  bildirir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Siyahıya əsasən, Vladimir Omelyan infrastruktur, Arsen Avakov isə daxili işlər naziri olacaq.
Başqa sözlə, iki erməni Ukrayna hökumətində nazir vəzifəsi tutacaq.
Nəşr bildirir ki, prezident Petro Poroşenko nazirlərin namizədliyini şəxsən təqdir edib.