Ukraynanın erməni əsilli naziri: "Yeni "İpək yolu" Rusiyaya alternativdir"

Ukraynanın erməni əsilli naziri:
 Rusiyanın tətbiq etdiyi ticari və tranzit sanksiyalar ucbatından yeni "İpək yolu" adlanan dəhliz Ukrayna mallarının daşınması üçün alternativ ola bilər.
 
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan deyib.
 
Bununla yanaşı, nazir qeyd edib ki, marşrutun uzanması malların maya dəyərini artırır.
 
Qeyd edək ki, yeni "İpək yolu" adlanan dəhlizlə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı hərəkət edir. Bu ilin yanvarın 15-də hərəkətə başlayan və təxminən 16 sutka sonra Çinə çatan qatara yerli şirkətlər maraq göstərməyib. Xeyli vaxtdır sifariş gözləyən qatar nəhayət Ukrayna istiqamətində boş hərəkətə başlayıb. Ukraynanın "Ukrzalnitsa" şirkətinin açıqlamasında bildirilir ki, bundan sonra qatar yalnız sifariş daxil olduğu təqdirdə hərəkət edəcək.
 
Buna baxmayaraq, Vladimir Omelyan ilk qatarın Çinə çatmasını ciddi siyasi uğur adlandırıb.