“Ukraynanın baş naziri olmağa hazıram”

Ukrayna parlamentinin spikeri Volodımır Hroysman deyir ki, ondan xahiş edilsə, baş nazir olmağa hazırdır.
Ukraynada hakim koalisiya korrupsiyanı üstələyə bilmədiyinə görə iflasa uğrayıb. Ancaq baş nazir Arseni Yasenyuk istefaya getmir, etimad səsverməsini də qazanıb.
Prezident Petro Poroşenko martın 23-də deyib ki, parlament siyasi böhrana son qoymaqdan ötrü gələn həftə yeni kabinet seçməlidir.
Hroysman martın 24-də jurnalistlərə deyib ki, baş nazir təyin olunarsa, Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinə vəd olunmuş islahatları yerinə yetirər.
Ukraynanın ABŞ-da doğulmuş maliyyə naziri Natalie Yaresko da martın 22-də bildirib ki, sərt şərtlərlə baş nazir ola bilər.
Təhlilçilər Hroysmanın parlamentdə daha çox dəstək qazana biləcəyini istisna etmirlər ("Azadlıq" radiosu).