Ukraynalılar Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirlər - FOTOLAR

Rusiya tərəfindən ilhaq olunmuş Krımın 78 kilometrliyində yerləşən Ukraynanın Kaxovka şəhərinin sakinləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.
Belə ki, Kaxovka sakinləri sosial şəbəkələrdəki şəxsi profil səhifələrində üzərində «#Kahovka support Azerbaijan», «#NagornoKarabakh is  Azerbaijan territory!» yazılmış fotolar yerləşdiriblər.
Musavat.com və Minval.az saytlarının redaksiyaları Kaxovka şəhərinin sakinlərinə və «Каховська Зоря» qəzetindən olan həmkarlarına minnətdarlığını bildirir.