​Ukraynalı politoloq canlı yayımda yenə döyüldü - Video

 
Rusiyanın "Birinci kanal"ında yayımlanan "Vaxt göstərəcək" proqramının fasiləsində ukraynalı politoloq Vyaçeslav Kovtuna Donetsk separatçılarının keçmiş rəhbəri Aleksandr Borodoy hücum edib.
 
Axar.az xəbər verir ki, bu haqda Feysbuk hesabında tok-şounun iştirakçısı Aleksandr Barisov yazıb.
 
Barisov bildirib ki, məhz Borodoy Kavtuna hücum edib. "Hələ ona az olub. Mən 5-10 saniyə gecikdim, Aleksandrın əlini sıxdım və ona "Çatmadım, sən məni qabaqladın, amma gözəl idi" dedim", - Barisov bu sözlərlə mövqeyini ortaya qoymuş olub.
 
Qeyd edək ki, bu ilin mayın 26-da "Zvezda" telekanalında yayımlanan "Proses" proqramında ukraynalı teleaparıcı və Ukrayna Xilas Komitəsinin İnformasiya Departamentinin rəhbəri Yuri Kot da politoloq Vyaçeslav Kovtuna bir neçə şillə vurmuşdu.